Qoç- Titan və
Himaliya sizə uğurla bahəm, problemlər də vəd eirlər. Hər işin bir
nəticəsi var, onlar da müəyyənliklə fərqlənirlər. Çətinliklərlə
qarşılaşsanız belə, inad və qətiyyətlə irəliləyin.
Yaşamaq çətindir, amma bilin ki, sizi himayə edən Təala həmişə, ən çətin anlarda belə, dadınıza çatacaq.
Bacarıq və biliklərinizdən yararlanın.
Situasiyaların inkişafını izləyin. Olaylarda ikinci məna, çox incə
hazırlanmış intriqa aşkarlana bilər. Etiraf və ya komplimentlərlə bağlı
mənasız gözləntilərə qapılmayın.
Cazibə və ya vəd nə qədər maraqlı olsa da, sizinlə bağlı gözləntilər bir o qədər artacaq.
Buğa- Fobos və Sinopenin münasibətləri günü sərt,
çərçivəli yaşama çevirəcək. Tərəfdaşınız stabillik və təminata ehtiyac
duyursa, fəaliyyət ərazisini dəqiq müəyyənləşdirin, fərdiyyətçiliyinizi
qoruyaraq uğurunuzu nümayiş etdirin. İşdə və evdə qayda yaradın.
İstənilən söz, hadisə və əşyaya doğru yer tapın. Bütün bunlar sizə olan etibarı artıra bilər.
Münasibətlərə yenidən nəzər salın, yaxın insanın hisslərinə dəyər verin.
Ehtiyac yaranarsa, yeni aksentə əl atın. Kollektivdə hadisələrin
inkişafını müşahidə edin.
Səhvinizi və ya məğlubiyyətinizi səbirsizliklə gözləyən bədxah var.
Əkizlər- Mimasa və Ledanın münasibətləri ətrafınızda
baş verən hədisələrin sizi gərginlikdə saxlamasına rəvac verəcək.
Rəqiblər qaydaları pozacaq, "partizan savaşı" aparacaq, sizi cavab
tədbirlər barədə düşünməyə vadar edəcək.
İstənilən situasiyada özünüzü zəif göstərməyin, vicdanınızı aldatmağa çalışmayın.
Tələsməyin. Aramla davransanız, kobud səhvlər etməzsiniz.
Gün çoxlu faydalı məqamlar bəxş etsə də, bir neçə mürəkkəb sual və tapşırığı da gündəmə gətirəcək.
Gözləntiniz və ya gördüyünüz işdə nöqsan aşkarlanacaq. Olanla
kifayətlənməsəniz, nəyisə dəyişməyə can atın, "olmaz" sözünü unudun.
Yeni işə başlasanız, sizi çətinlkilər gözləyir.
İstənilən halda əvvəlki günlərlə müqayisədə bu gün işlər iki dəfə çoxdur.
Xərçəng- Neptun və Plutonun münasibətləri
hisslərinizdə qarışıqlıq, işlərinizdə isə rasionallıq yaradacaq. Mümkün
qədər tez həll etmək istədiyiniz işlərlə məşğul olun.
Əvvəlki dönəmlərlə müqayisədə indi daha çox güzəştə getməli olacaqsınız.
Hadisələrə təsir imkanlarınız çox azdır. Dəyişikliklərin məğzini
anlamağa çalışın. Əməllərlə yanaşı, alınan məlumatların təhlilində aktiv
olun.
Maddi məsələlərdə gözləntiləriniz doğurlmaya bilər. Gərəkli nə isə almaq
və ya gəlir əldə etmək şanslarınız yox deyil, amma perspektivlər aydın
deyil. Belə gözləntilər işin artmasına, planlaşdırılmamış fəaliyyətə
səbəb ola bilər.
Münasibətlərin aydınlaşdırılmasında fəallıq etməyə can atsanız, ötənlərdəki səhvlər xatırlanacaq.
Gərəksiz insan və lazımsız əşyalardan qurtulmaq üçün düşərli gündür.
Şir- Lisiteya və Pasifenin münasibətləri
təşəbbüslərinizlə ideyalarınızın təqdimatı üçün uğurlu gün deyil.
Planlarınızı açıqlamayın, əks halda onlardan rəqiblər yararlana
bilərlər. Diqqəti özünüzə cəlb etməyin.
Sıçrayışdan, atılımdan əvvəl bəzən bir qədər dincəlmək, istirahət etmək gərəkdir
Sizə lazım olan özü yaxınlaşacaq. Amma bu gün yox.
Az sonra işlər artacaq. Hazır olun, yaşamınızda qayda yaradın.
Hadisələrin gözlənilməz inkişafına, yaxud da emosiyaların qəfil
dəyişkənliyinə hazırlaşın.
İşdə və evdə qayda yaradın. Bütün bunlar gərginliyi azaltmağa, sizi
müxtəlif tərəflərə çəkən təmayüllərin öhdəsindən gəlməyə imkan verəcək.
Qız- Hiperion və Mimasın münasibətləri yaxın
ətrafınızda anlaşılmazlıq, dolaşıqlıq yarada bilər. İş yoldaşı və ya
tərəfdaşlarınızdan biri "oyun"dan çıxa bilər.
İşgüzar və şəxsi həyatda "boşalan" yeri doldurmağa tələsməyin.
Macəralarınızda hadisələrin maraqlı düyününə düşə bilərsiniz. Belə
düyünlər o qədər də təhlükəsiz deyil.
Yaxın adamla münasibətlərdə mübhəm məqamlar çox olacaq. Həmin məqamlara
sakit yanaşın. Heç nə tələb etməyib araşdırmağa çalışmasanız, yetərincə
maraqlı sözlər eşidəcəksiniz.
Nigaranlıq və incikliyinizə cavab alacaqsınız. Amma nəyisə düzəltməyə,
müdaxiləyə tələsməyin. Təşəbbüskar bu gün siz olmamalısınız.
Tərəzi- Amalteya və Demosun münasibətləri sizdən maddi
məsələlərdə çox realist davranmağı tələb edir. Bu yaxınlara qədər ciddi
önəm verdiyiniz insana münasibətlərinizdə soyuma müşahidə oluna bilər.
Yanlışlıq, səhv nəticələrdən, ən başlıcası isə rifahınıza və durumunuza zərbə vura biləcək addımlardan qaçın.
Sizə yaxın olan insanın müdrikliyində dayaq arayın, yaxşı məsləhəti qulaqardına vurmayın.
Məqsədə doğru aparan yolda ciddi maneələr yarana bilər. Vasitə və ya
fiziki resurslarınızın rəqabətdə qalib gəlməyinizə bünövrə olmasına
çalışın. Yaşam sizi heç sevmədiyiniz seçimə vadar etsə də, gərginlik və
yorğunluğun bir qismi aradan qalxa bilər.
Evdə, işdə qayda yaradın, təmirə ehtiyac duyan əşyanı sazlayın.
Əqrəb- Uran və Merkurinin münasibətləri istənilən
problemlərlə ifrat səyləri, habelə lazımsız təvəccöhləri kənarlaşdırmağı
məsləhət bilir.
Hissiyatınızı dinləyin. Başqasanın dalğasına asanlıqla uyğunlaşsanız da,
situasiyaya təsir cəhdlərinə baş vurmayın. Tənbəllik və ya alternativ
maraq səylərinizi üstələməsin. Emosional durumu təhlil etmək şansından
yararlanın, sizi narahat edən və ya geri çəkən məqamı anlayın.
Vəziyyət, oyun iştirakçıları, prioritet və məqsədləriniz dəyişir.
Diqqətinizi yeni marağa yönəldəcək və ya maddi-maliyyə perspektivlərinə faydalı əlavə olacaq yeni tanışlıq baş tuta bilər.
Xüsusi gərginlik tələb etməyən işlərlə məşğul olun, tanışlarla əlaqələrə
diqqət yetirin, onların istək və qayğılarını anlayın. Sizinlə
manipulyasiya etmək istəyənlərə imkan verməyin.
Oxatan- Uran və Saturnun münasibətləri maraqlar
toqquşmasında müşahidəçi mövqeyi tutmağı məsləhət bilir. Öhdəlik və
həvalə edilmiş işi yerinə yetirin, yeni ideya və planlarını bəyan edərək
sizə yeni iş tapşırmaq istəyən adamların çağırışlarına məhəl qoymayın.
Bu gün başqalarının energetikası sizə nə qədər az təsir edərsə, bir o qədər yaxşıdır.
Kimsə peyda olaraq sizə maddi və mənəvi dəstək verə bilər. Yardım və düz
yola yönləndirilmək də istisna deyil. Cari problemlərin həlli belə,
yaradıcı potensialınızı stimullaşdıra bilər.
Həyatdan kam almaq, dostlarla görüş, hədiyyələr üçün düşərli gündür.
Bununla yanaşı, narahatlıq və nigaranlıq da hiss oluna bilər.
Səhhətinizə və istirahətə daha çox vaxt ayırın.
Oğlaq- Serera və Yupiterin münasibətləri sizə seçim
anının yaxınlaşdığını bildirir. Fəqət, təminat və vasitələrin kasadlığı
seçimi çətinləşdirə bilər. İstənilən şübhəni təhlil edin, fikirləşmək və
qərar verməyə vaxt ayırın. İşdə həmkarlarınız, biznesdə tərəfdaş,
təhsildə dost və rəfiqənin fikrini nəzərə alın.
Yaxın ətrafınızdakı insanlar ümumi işə pul yatırmağa hazırdır?
Başlanan işləri yarımçıq qoymayın. Şəxsi münasibətlərdəki qərar və
addımlarınız da çətinlik yarada bilər. Situasiyalardakı yanlışlıqların
aradan qaldırılması, yardıma ehtiyac duyanlara dəstək olmaq, nasaz və ya
sıradan çıxmış əşyaların təmiri, yaşam məkanında qayda yaradılması ilə
məşğul olmağa dəyər.
Əyləncə və istirahət üçün əlverişsiz gündür.
Xəstə olana axşam baş çəkin, emosional travma almışa dəstək olun, valideynlərə zəng vurun.
Dolça- Haumea və Makumakenin münasibətləri nüfuzlu
insanla aranızdakı münasibətləri gərəcək. Təzyiqlərə məruz qaldığınızı
düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanların tələblərlə təzyiqləri
rahat işə imkan vermir, həyatın tempi sürətlənir.
Yaxşı olar ki, situasiyada güzəştli məqamlar tapın, hamının sizə borclu
olduğunu düşünməyin. İmicdə zəruri dəyişikliklərlə bağlı düşünmək üçün
əlverişli vaxtdır.
Zərərli vərdişləri keçmişdə qoymaq, yeni təmrinlərə başlamaq, ya da pozitiv fəaliyyətlə məşğul olmaq zamanıdır.
Maddi-maliyyə məsələləri xüsusi diqqət tələb edir.
Pulunuz varsa, alış-veriş edin, amma bədxərcliyə yol verməyin. Bəzəkli
dükanlara aldanmayın: hər şeyi olduğundan baha almaq və aldanmaq
istəyirsinizsə, başqa məsələ.
Gözəllik salonu, bərbərxanaya baş çəkməyi sabaha saxlayın. Şəxsi münasibətlərdə ekstravaqantlığa yol verməyin.
Balıqlar- Serera və Neptunun münasibətləri qüvvənizi,
enerjinizi artıracaq. Bəndlərin dağılması, divarların alt-üst edilməsi,
daxili qiyam və zahirdəki şərtlərə üsyan mümkündür. Bütün bunlar yaşamda
ciddi dəyişikliklərə səbəb ola bilər.
Ulduzlar belə situasiyanı müəyyənləşdiriblər. Emosiyalarınıza hakim olun.
Şərtlərin dəyişməsini istəməsəniz də, hazırlaşın.
Əlavə güzəşt və kompromislərə getməyiniz, əlavə iş görməyiniz gərəkdir.
Planlarınızın dəyişməsi barədə ailə üzvlərinizə açıqlama verin. İş
yerini dəyişmək və ya təhsil aldığınız yerdə reallaşdırmaq istədiyiniz
əməllə bağlı yaxşı düşünün. Niyyətinizi gerçəkləşdirməyə tələsməyin.
Dünən gecə gördüyünüz yuxunu anlamağa çalışın, məsləhətlərə qulaq asın.
Milli.Az