Xəzər Xəbər

Zəfəran hər dərdə dərman...

Cəmiyyət | 12:57 • 29 Aprel 2018
Zəfəran

Zəfəran bənövşəyi rəngin ən fərqli çalarlarını özündə əks etdirən zərif, gözəl və qiymətli bitkidir. Uzun əsrlərdir ki, ondan məişət və təbabətdə geniş istifadə olunur. Min bir dərdin dərmanı olan zəfəran milli kulinariyada 50-dən çox şirniyyatın hazırlanmasında tətbiq edilir. Tarixi mənbələrə görə 4 min il əvvəl yaşamış qədim xalqlar da zəfərandan istifadə ediblər.

Tarixi mənbələr IX əsrdə Azərbaycandan xarici ölkələrə zəfəran ixrac edildiyini xəbər verır. O da məlumdur ki, XVIII əsrdə Bakının gerbində dəvə yükünün üstündə çiçək açmış zəfəran təsvir edilmişdi. Deməli, hələ o dövrlərdən Bakıda əkilib-becərilən zəfəran Abşeronun rəmzinə çevrilib. Münbit torpağı sevən bitki kiçik Asiya, İran, Suriya, Hindistan, Çin və Yaponiyada, eləcə də bır sıra Avropa ölkələrində becərilsə də, Abşeron zəfəranı dünyada seçilir. Ölkəmizdə bitkinin yabanı halda bitən 6 növü var.

Midiya və Assuriyaya aid edilən yazılı qaynaqlarda zəfəranın adı çəkilir. Keyfiyyətinə görə dünyada şöhrət qazanan Abşeron zəfəranından ata-babalarımız dərman vasitəsi kimi də istifadə ediblər.

Zəfəranı qiymətli edən onun telləridir. Ətir yağları ilə zəngin olan zəfəran tellərinin 75-80 qramı 1 kiloqram çiçəkdən alınır. Onu əsl şəfa mənbəyi hesab edirlər. Tərkibi rəngləyici maddələr, şəkərlər və digər vitaminlərlə zəngindir.

Xalq təbabətində geniş istifadə olunan zəfərandan mədə-bağırsaq, ürək, öskürək və qızdırma zamanı istifadə edilir. Vaxtilə böyük loğman İbn Sina "Tibbi qanunlar” kitabında zəfəran bitkisinin 300-dən çox xəstəliyə dərman olduğunu yazıb. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti