Xəzər Xəbər

Sürücülərin diqqətinə: Bu yolda hərəkət məhdudlaşdırıldı

Cəmiyyət | 12:20 • 29 Aprel 2018
Sürücülərin diqqətinə:

Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, prospektin "Koroğlu" metro stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

BNA müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almağı xahiş edir.

Yolda hərəkət axşam saatlarında bərpa ediləcək.

Xəbər lenti