Xəzər Xəbər

Göbək düşməsi nədir?

Cəmiyyət | 11:00 • 29 Aprel 2018
Göbək düşməsi nədir?
Göbək düşməsi bir çox insanın başına gələ biləcək haldır.

XəzərXəbər immunitet.az-a istinadən bildirir ki, ciddiyə alınmalı olan xəstəlikdir. Edilən yanlış müalicələr ciddi və qalıcı problemlərə səbəb ola bilər.

Göbək düşməsinin əlamətləri:

Göbək ətrafında ağrı

Göbəkdə və çevrəsində şişlik, həssaslıq

Halsızlıq, yorğunluq

Qarın nahiyyəsində qaz

Yuxusuzluq

Tənbəllik

Yeməkdən sonra şişkinlik, bulantı, tərləmə

Baş ağrısı

Diqqət əksikliyi

Qarın ağrısı

Qızdırma

Bəs göbək düşməsi nədən olur?

Ən çox bilinən səbəbi ağır əşya qaldırmaqdır. Həmçinin ani hərəkət də göbək düşməsi yarada bilər. Bu hal, qarın içi təzyiqinin müxtəlif səbəblərdən ötrü artması və qarında deşiklərin yaranmasıdır. Bu problemlər ağır iş görənlərdə, kilolu insanlarda meydana çıxa bilər.

Bəs müalicəsi necə aparılır?

İlk zamanlar göbəkdə meydana gələn şişlik itsə də, zamanla göbək çevrəsi genişlənir və şişliklər qalıcı hala gələ bilər. Bəzi vəziyyətdə isə daxildə çürümə gedə bilər. O zaman cərrahi müdaxiləyə ehtiyac yaranır. Müalicəsinə gəldikdə isə bir çox üsullardan istifadə olunur. Bu üsullardan ən çox tətbiq olunanı stəkan çəkmədir. Bu zaman göbək dəliyinə bir miqdar pambıq qoyulur və alışqan ilə yandırılır. Yanan pambığın üzərinə bir su stəkanı göbək dəliyini bağlayacaq şəkildə qoyulur. Stəkanın içərisində yanan pambıq bölgədə qan dövranını artırır və göbəyin yerinə gəlməyini təmin edir.

Həkimlər isə müəyyən dərman müalicələrini daha uyğun hesab edir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti