Xəzər Xəbər

Çaylarda sululuq səviyyəsi açıqlandı

Cəmiyyət | 10:24 • 29 Aprel 2018
Çaylarda sululuq səviyyəsi açıqlandı
Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 70-170, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 305 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 350 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvan və Salyanda 2 sm azalma, Bankədə 1 sm artım qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 399 sm (2017-ci il aprelin 27-də 364 sm), Şirvanda 275 sm (2017-ci il aprelin 27-də 233 sm), Salyanda 201 sm (2017-ci il aprelin 27-də 167 sm), Bankədə 186 sm (2017-ci il aprelin 27-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 99 sm (2017-ci il aprelin 27-də 67 sm) təşkil edib.

Xəbər lenti