Xəzər Xəbər

10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək

Cəmiyyət | 10:28 • 28 Aprel 2018
10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək

Yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, sınaq imtahanına qeydiyyat 30 aprel saat 10:00-dək aparılacaq.

2018-ci il mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.

I blok

II blok

III blok

IV blok

Riyaziyyat

Riyaziyyat

Azərbaycan (rus) dili

Biologiya

Fizika

Coğrafiya

Tarix

Kimya

Kimya

Tarix

Ədəbiyyat

Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramları (kurikulumlar) üzrə keçiriləcək. Həmin qəbul imtahanlarının, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bu sınaq imtahanı modelinə uyğun təşkil olunması nəzərdə tutulur.

"Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az saytında "Şəxsi kabinet” yaradılmalıdır. "Şəxsi kabinet”in "Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri seçilir. Daha sonra şəxsiyyət təsdiq edən sənədin məlumatları, imtahan verəcəyiniz bölmə, imtahan bloku seçilir və "Qeydə al” düyməsi basılır. "Qeydə al” düyməsini basdıqdan sonra "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz", - deyə məlumatda vurğulanıb.

Xəbər lenti