Xəzər Xəbər

Bazarda nübarlıq məhsullar neçəyədir?

Cəmiyyət | 17:38 • 27 Aprel 2018
Bazarda nübarlıq məhsullar neçəyədir?

Havaların isinməsi paytaxtın bazarlarına rəngarənglik gətirərək, piştaxtalarda məhsulların çeşidini artırıb.

Belə ki, artıq bazarlarda mövsümi meyvələrdən çiyələk və alça, tərəvəzlərdən isə xiyar, pomidor, təzə kartof, badımcan, bibər, qarpız satışdadır. Bu məhsulların qiymətlərini öyrənmək üçün üz tutduq paytaxt bazarlarına.

Bazarın qiymət "çempionu” pomidordur

Əvvəlcə tərəvəzlərin qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, yaşıl bibər 4 manat, rəngli bibərlər 6 manat, acı bibərin kiloqramı 7 manat, lobya 4 manat, badımcan 1,50-2 manat, pomidor 4-5 manat, təzə kartof 1,5-2 manat, xiyar 1,5 manat, soğan 0,50 manattəşkil edir. Qara üzüm yarpağının kiloqramı 6 manata, ağ üzüm 3 manata təklif olunur.

Sözügedən məhsulların ötənilki mövsümiqiymətlərinimüqayisə etməyə çalışdıq. Bu yöndə suallarımızı cavablandıransatıcı pomidorun qiymətinin baha olduğunu dedi. O əlavə etdi ki, bazarda yerli məhsullar artdıqca, qiymətlər də enəcək:

"Hazırda satılan pomidorlar istixanada yetişdirilib və Türkiyədən idxal edilib. Ümumiyyətlə, vaxtından tez bazarda yer alan məhsullar, əsasən, xaricdən idxal edilən və istixanalarda yetişdirilən məhsullardır.

Son ikiildə fermerlər məhsullarını, əsasən, Rusiya bazarında satmağa çalışırlar, nəinki yerli bazarda. Ona görə pomidor yay aylarında belə ikimanatdan aşağı düşmür”.

Göycə, çiyələk, qarpız

Yay meyvələrindən hələlik bazarda ancaq göycə, çiyələk və qarpıza rast gəlmək olar. Qonşu ölkələrin bazarlarında qiyməti "ceyran belinə” yüksələn gilas isəyerli istehlak bazarında yoxdur.

Konkret məhsul çeşidləri üzrə qiymətlərə gəlincə, nübarlıq göycənin kiloqramı 6 manat, çiyələyin kiloqramı 6-8 manat təşkil edir. Əriyin kiloqramı isə 12 manatdan satılır.

Qarpızın kiloqramı 4 manatdır. Satıcıların sözlərinə görə, qarpız, əsasən, İrandan gətirilir.

Almanın kiloqramı 2,4 manat, armud 4 manatdır.

Ağartı məhsullarına gəlincə, 1 litr süd 1 manat, qoyun pendirinin kiloqramı10-12 manat, motal pendiri 32 manat, şor 6 manata təklif olunur.

Bazarda kənd toyuğunun kiloqramı 6 manat, mal əti 11, qoyun ətin 12 manatdan satılır.

Öyrəndik ki, bu mövsüm qiymətlər ötənilkindən baha olacaq. Belə ki, bu il məhsuldarlıq elə də yüksək deyil.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti