Xəzər Xəbər

Mikrob mənbəyi olan klaviaturalar necə təmizlənməlidir?

Cəmiyyət | 16:51 • 27 Aprel 2018
Mikrob mənbəyi olan klaviaturalar necə təmizlənməlidir?

Əksər insanların gün ərzində ən çox təmasda olduğu cihazlardan biri də klaviaturadır. Gözlə görmədiyimiz çoxlu bakteriyanın yaşadığı unitaz qapaqlarından 400 qat daha çirkli olduğunu müəyyən edən alimlər, klaviaturanı necə təmizlənməsini izah etdilər.

XəzərXəbər deyerler.org-a istinadən bildirir ki, unitaz qapaqları, baş barmağın ölçüsü qədər sahədə ortalama 50 bakteriyanın olduğu üçün sağlamlıq baxımından nisbətən təhlükəli bölgələr arasında iştirak edir. Ancaq əksər elm təşkilatı və universitet hesab edir ki, klaviatura unitazlardan daha təhlükəli bakteriya növlərini ehtiva edə bilirlər. Kompyuterləri nə qədər sıx istifadə etdiyimizi nəzərə alsaq, onsuz da klaviaturaların çox sağlam yer olmayacağını anlaya bilərik. Lakin araşdırmalar, vəziyyətin gözləniləndən də kritik olduğunu göstərir.

Kompyuter arxasında yemək yeyirik, asqırır və öskürürük, əllərimizi yumadan və çox vaxt dalğınlıqla hərəkət edirik, onlara qaçırıq. Onlarla oynadığımız oyunlara və etdiyimiz işlərə göstərdiyimiz diqqəti, sağlamlığımız üçün göstərmirik.

Klaviatura necə təmizlənir?

Klaviaturanın dezinfeksiyası, əslində olduqca sadədir. Başlamadan əvvəl kompyuteri söndürmək lazımdır. Əgər qoşulan klaviatura istifadə ediriksə, birbaşa klaviaturanı çıxarda da bilərik. Sonra tozları və kiçik qırıntıları sovura biləcək yumşaq bir fırçayla klaviaturanın detallarını silmək lazımdır. Bu əməliyyat əsnasında noutbuklara diqqət yetirməkdə fayda var. Çünki təzyiq tətbiq etmək, dövrələrə zərər verə bilər.

Əgər qoşulan klaviatura istifadə ediriksə, düymələrin düzülməsini pozmadan söküb, dəriyə zərər verməyən bir təmizlik vəsaitilə hazırladığımız suyu dolu qaba qoya bilərik. Sonra bir mikrofiber bez üzərinə sərəcəyimiz düymələri qurudarkən, klaviatura gövdəsinin düymələrin altında qalan bölgəsini silmək lazımdır. Bu əməliyyat əsnasında yenə dərinizə zərər verməyəcək bir sulu bir təmizlik qarışığını istifadə etməkdə və mikrofiber bezi yalnız nəmli olaraq istifadə etməkdə fayda var.

Həm noutbuk, həm də xarici klaviaturalar üçün hazırlanacaq təmizlik qarışığına, kiçik miqdarda spirt qoymanın mikrobların öldürülməsi baxımından faydalı ola biləcəyi deyilir. İstifadə edilən bezlərin mikrofiber olması, son dərəcə həssas komponentlər olan klaviaturaları qorumaq baxımından əhəmiyyətlidir.

Xəbər lenti