Xəzər Xəbər

Saçların ağarması melanin piqmenti ilə əlaqədardır

Cəmiyyət | 17:35 • 24 Aprel 2018
Saçların ağarması melanin piqmenti ilə əlaqədardır

Bəzən saçların ağarması qocalmanın siqnalı kimi qəbul edilir. Bu, nə dərəcədə doğrudur? Əvvəlcədən bunun normal təbii proses olduğunu qəbul etmək lazımdır. Bu proses gec və ya tez hər kəsdə baş verir. Lakin saçlarda ilk ağ tüklərin 30-35 yaşlarında görünməsi normal hal hesab edilir. 50 yaşlarında isə həmin prosesin sürətlənməsi müşahidə olunur.

Dermatoloqlar saçların tez ağarmasının müxtəlif səbəblərlə izah edirlər. Bu, həm irsi, həm də əsəb, stress və depressiya problemlərindən yarana bilər. Saçların ağarması dəri xəstəliyi- dəmrov və s. nəticəsində də baş verir.

Melanin piqmentinin az və ya çoxluğundan asılı olaraq saçlar şabalıdı, kürən və qara rənglərdə olur. Saçların ağarmasına da həmin piqmentin çatışmazlığı səbəb olur, yəni yaş ötdükcə piqmentlərin sayı azalır. Ağarma prosesi irsi olmayan faktorla bağlı olanda dəridə müxtəlif xəstəliklər fonunda baş verir. Dermatoloq və trixoloqların fikrincə, orqanizmdə və ya qanda hansısa element çatışmayanda ya melanin istehsal olunmur, ya da az istehsal olunur. Melanin tük follikuluna çatmayanda da həmin proses baş verir. Sink, selen və digər mikroelementlərinin çatışmaması, qanda anemiya olması da ağarmaya səbəb olur.

Saçların ağarması səbəbini müəyyən edib qabaqlayıcı tədbir görmək mümkündür./Azərtac

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti