Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il aprelin 30-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet
səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin
istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzinmüvafiq internet
səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub,
"Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq
edirlər (etdirirlər).
24 aprel saat 09:45-dək olan məlumata əsasən, 70743 abituriyent elektron ərizəsini təsdiq edib.
Abituriyentlər
eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid
olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta
təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə
müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq
istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat
bazasında abituriyent barədə olan məlumatların yetərli
olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin
hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən
"Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər
dəfə daxil olarkən ekranda göstərilir).
Ərizələrində I-IV ixtisas
qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək
istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək
istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi
kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə
eservices.dim.gov.az/erizebak/erize/internet səhifəsində qeydiyyatdan
keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək
istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən
ikinci imtahanda iştirak edirlər.
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiz.