Xəbər verdiyimiz kimi,
ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Səfər Mehdiyev
Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, bu vəzifədə Aydın
Əliyevi əvəz edib.
XəzərXəbər xəbər verir ki, Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
1998-ci
ildə Türkiyənin Ege Universitetinin Beynəlxalq iqtisadi əlaqələr
fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin
tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri
şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.
2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib.
2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Gömrük xidməti general-leytenantıdır.
Ailəlidir, iki övladı var.