"Formula-1” Azərbaycan
Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi
məqsədi ilə Bakının bir sıra mərkəzi yollarında avtomobillərin
hərəkətinə məhdudiyyət tətbiq olunur.
XəzərXəbər xəbər verir ki, məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə
və yollarda ötən gecədən etibarən tədbir tam başa çatana qədər davam
edəcək. Yarışın keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül
prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul
Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı,
İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə
kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla,
istiqamət dəyişdirilir.
Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan
yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon
ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın
ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən
keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl
qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə
tənzimlənir.
Bakı
şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəqliyyat
sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft
dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri,
eləcə də cənuba doğru gedən sürücülərdən xahiş edir ki, alternativ
variant olaraq Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May
küçələri kəsişməsindən Bakıxanov,
Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl
Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə
üstünlük versinlər: "Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər
az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə
olunur”.