Aprelin 22-də Bakıda
və Abşeron yarımadasında buludlu hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin
gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi
əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın
rayonlarında aprelin 22-də arabir yağış yağacağı, dağlıq ərazilərdə qar
yağacağı, gündüz əksər rayonlarda yağıntıda fasilə olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə
arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 14-19
dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti
olacağı gözlənilir.