Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-190, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.
Tranzit
çaylarda hazırki vəziyyətə gəlincə, aprelin 20-də Kür çayının
Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə
olunub. Hazırda məntəqədə su sərfi 415 m3/s olmaqla ongünlük normanın 56
faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 374 m3/s olmaqla
ongünlük normanın 50 faizini təşkil edib.
Qanıx çayının Əyriçay
məntəqəsində suyun səviyyəsində 45 sm azalma müşahidə olunub. Hazırda
məntəqədə su sərfi 128 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil
edir. 2017-ci ildə isə bu göstərici 150 m3/s təşkil edərək ongünlük
normanın 89 faizinə bərabər olub.
Kür çayının aşağı axınında
hazırki vəziyyətə gəlincə, aprelin 20-də Kür çayının aşağı axınında
suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının
Surra məntəqəsində 5, Salyanda
4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma qeydə
alınıb, lakin Şirvan məntəqəsində isə suyun səviyyəsində 16 sm artım
müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384
sm (2017-ci il aprelin 20-də 416 sm), Şirvanda 251 sm (2017-ci il
aprelin 20-də 305 sm), Salyanda
177 sm (2017-ci il aprelin 20-də 235 sm), Bankədə 167 sm (2017-ci il
aprelin 20-də 207 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm
(2017-ci il aprelin 20-də 116 sm) təşkil edib.