Xəzər Xəbər

Metroda siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib

Cəmiyyət | 14:29 • 20 Aprel 2018
Metroda siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib

Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib.


Nazirlər Kabineti bununla bağlı "Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən indiyə qədər Bakı Metropoliteni stansiyalarında, keçidlərində və vaqonlarda siqaret çəkmək qadağan edilib. Dəyişikliyə əsasən artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.

Xəbər lenti