Xəzər Xəbər

Diş ağrısına daha yaxşı təsir edən dərmanlar - Mütəxəssislər açıqladı

Cəmiyyət | 16:59 • 19 Aprel 2018
Diş ağrısına daha yaxşı təsir edən dərmanlar -

Diş ağrısından əziyyət çəkən insanlar stomatoloqa müraciət edənədək ağrını necə azaltmaq barədə düşünürlər. Amerikan alimləri 460 tədqiqatın nəticələrini təhlil edərək bunun cavabını tapıblar: diş ağrısına qarşı ən təsirli vasitə iltihaba qarşı nesteroidli preparatlardır.


AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu preparatların alternativi opioid dərman vasitələridir. Lakin sonuncuların çoxlu kənar təsirləri var. İltihaba qarşı nesteroidli preparatların orqanizmə mənfi təsiri bundan qat-qat azdır. Tədqiqatçılar ibuprofen və parasetamol preparatlarının da diş ağrısının müalicəsində faydalı olacağı qənaətindədirlər.

Xəbər lenti