Bakıda avtonəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə,
paytaxtın Nərimanov rayonunun Həsənoğlu və Fətəli xan Xoyski
küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq
bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət qismən
məhdudlaşdırılacaq.
XəzərXəbər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət səhər saatlarına qədər qüvvədə olacaq.
Paytaxtda
yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq aparılan
təmir-tikinti işləri çərçivəsində aprelin 20-də gecə saatlarından isə Heydər Əliyev
prospektinin "Sabunçu yol qovşağı”ndan "Böyük Şor yol qovşağı”na qədər
(mərkəz istiqaməti) olan hissəsində hərəkət qısa müddətlik qismən
məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan tarixlərdə
alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə
olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları,
ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət
etmələri xahiş olunur.