Xəzər Xəbər

Şiddətli baş ağrılarından qurtulmağın ƏN TƏBİİ YOLLARI - MÖCÜZƏVİ 5 ÜSUL

Cəmiyyət | 14:58 • 10 Aprel 2018
Şiddətli baş ağrılarından qurtulmağın

Miqren ağrısından əziyyət çəkən insanların sayı nəzərəçarpacaq qədər artmaqdadır. Bu ağrı bəzən saatlarla, bəzənsə günlərlə davam edə bilir. İnsanların çoxu ağrı hiss edər-etməz ağrıkəsici dərmanlardan istifadə etməyə üstünlük verir. Ancaq araşdırmalara görə, davamlı şəkildə dərmandan istifadə etmək daha çox baş ağrısına səbəb olur. Vücudu dərmana alışdırmaq zamanla həmin dərmanların təsirini də azaldır. Çünki belə dərmanlar asılılıq yaradır.

XəzərXəbər xəbər verir ki, hər xəstəlik kimi miqren ağrısının da, ən yaxşı həll yolu təbii vasitələrdir. Həmin vasitələrdən bir neçəsini təqdim edirik:

1. Çobanyastığı bitkisi

Əsrlər boyu təbii dərman vasitəsi kimi istifadə edilən bu bitkinin dəmlənərək qəbul edilməsi miqren ağrılarına son qoymaqda mükəmməl vasitədir. Gündəlik istifadə miqdarı 250 qramdır. İstər dəmlənmiş şəkildə, istərsə də yarpaqlarını yeyərək istifadə edə bilrəsiniz. Bu bitkinin tərkibində olan "partenolid” adlı maddə beynin qan damarlarının genişlənməsini təmin edir.

2. Petasit

Bu bitkiyə "Vəba otu” da deyilir. Bitkinin tərkibində olan "izopetasin” və "petasin” spazmın düşmənidir. Petasiti həb şəklində istifadə etmək daha məsləhətlidir. Ancaq kökünü və ya tozunu da istifadə etmək olar. Bu bitkinin gündəlik istifadə miqdarı 50-100 qramdır.

3. Reyhan yağı

Stressi azaltmağa kömək edən bu yağ baş ağrısı, miqren və allergiyaya da dərmandır. Ovucunuza bir neçə damcı töküb qoxlamaq və ya burun nahiyəsinə sürtməklə istifadə edə bilərsiniz. Bundan başqa, bir neçə damcı gicgahlara sürtərək masaj edib ağrını azalda bilərsiniz.

4. Zəncəfil

Təxminən, iki əsrdir, yeməklərdə ədviyyat kimi istifadə edilən bu bitki, eyni zamanda, ürəkbulanma, ishal hallarının da dərmanıdır.

5. Banan və buz kompresi

Miqren ağrsının azalması üçün alın bölgəsinə kompres üsulu hər kəs tərəfindən bilinən bir üsuldur. Ancaq bu üsulu banan qabığı ilə həyata keçirmək daha əlverişlidir. Gündə 2-4 dəfə alnınıza və boynunuza 15-20 dəqiqə ərzində banan qabığında buz qoymaqla şiddətli ağrıdan qurtula bilərsiniz./publika.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti