Xəzər Xəbər

Yaz allergiyası əsasən ağacların tozlanması nəticəsində əmələ gəlir

Cəmiyyət | 13:24 • 10 Aprel 2018
Yaz allergiyası əsasən ağacların tozlanması nəticəsində əmələ gəlir

Baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.


"Bəzi ağaclar var ki, onların tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır. Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur”,- deyə Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov AZƏRTAC-a məlumat verib. Onun dediyinə əsasən allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödemləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. Bəzən pollinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır.


Baş allerqoloqun verdiyi məlumata görə, yaz allergiyası mütəmadi təkrar olunanda müayinələr aparılır və xəstəliyin dərəcəsinə görə müalicələr təyin olunur. Mövsümqabağı allergenləri xüsusi durulaşdırmaq yolu ilə dərman hazırlanır və payızın axırlarından başlayaraq peyvəndi xatırladan iynələr vurulur və bunun nəticəsində bir müddət sonra xəstə orqanizmində qoruyucu anticisimlər əmələ gəlir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti