Xəzər Xəbər

XƏBƏRDARLIQ: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Cəmiyyət | 12:53 • 10 Aprel 2018
XƏBƏRDARLIQ:

Rusiyada bu il qış çox sərt olub, normadan artıq qar yağıb. Dağıstanda 1,5-2 metrə qədər qar düşüb. Bu regionların iqlimi Azərbaycanın hava şəraitinə təsir edir.

Bu barədə Oxu.Az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur:

"Ya çox soyuqdur, ya da çox istidir. Havanın belə dəyişməsi 1975-ci ildən müşahidə olunmurdu. Bu, normal deyil və dünya kataklizmləri fonunda baş verir”, - ekoloq qeyd edib.

T.Zeynalov bildirib ki, hazırda iki sikl yaranır - siklon və antisiklon:

"Şimaldan soyuq hava kütləsi gəlir, hansı ki Qafqazda antisiklonla qarşılaşır. Məhz bu səbəbdən Azərbaycanın mərkəzinə qar yağmayıb”.

Ekoloq qeyd edib ki, Azərbaycanda sərt qış və çox isti yay olub, lakin havanın belə kəskin dəyişməsi müşahidə olunmayıb.

"Bu günlərdə Azərbaycana şimaldan soyuq hava kütləsi gələcək. Buzların əriməsi və dünya okeanlarının səthinin soyuması ilə əlaqədar bu siklon sərinlik gətirəcək”, - ekoloq vurğulayıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti