Dövlət İmtahan Mərkəzi
tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu
vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB
qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. DİM-dən XəzərXəbər-ə
verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar
vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat 12
aprel 18:00-dək davam edəcək.
Qeyd edək ki, 10 aprel saat
9:00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə
qrupu üzrə 201, BB vəzifə qrupu üzrə 793 nəfər olmaqla, ümumilikdə 994
nəfər qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək istəyən
namizədlər DİM-in portalında "Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet
yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş
tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet”də olan pul
hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı
məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar.
"Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən
sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət
qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn
qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan
keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri
qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və
namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı
aparılmır. Bu halda ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona
aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil
edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə
təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan
digər namizədlər DİM-ə (
Bakı
şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional
bölmələrinə) müraciət etməlidirlər. Məlumatları "Tələbə-məzun" dövlət
elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə
bilərlər.