Xəzər Xəbər

Prezident seçkiləri gününə olan hava proqnozu açıqlanıb

Cəmiyyət | 12:18 • 9 Aprel 2018
Prezident seçkiləri gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda Prezident seçkiləri gününə olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında deyib ki, aprelin 10-11-də ölkə ərazisində hava şəraitinin sabit və əsasən, yağmursuz keçəcəyi gözlənilir: "Aprel ayının 11-i axşam isə bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var".

G.Məmmədova qeyd edib ki, növbəti iki gündə temperatur rejimində ciddi dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-19, bölgələrdə 18-23, dağlıq ərazilərdə 11-16 dərəcə təşkil edəcək"

Onun sözlərinə görə, aprelin 10-11-də ölkə ərazisində cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda Prezident seçkisi keçiriləcək.

Xəbər lenti