Xəzər Xəbər

Uşağı gec yeriyən valideynlərin nəzərinə: bunları etməyin!

Cəmiyyət | 11:42 • 7 Aprel 2018
Uşağı gec yeriyən valideynlərin nəzərinə:

Övladının yeriməyini görmək bütün ana-ataların arzusudur.

XəzərXəbər lent.az-a istinadən türkiyəli pedaqoq Əminə Ergünün uşaqların gec yeriməsi ilə bağlı fikirlərini təqdim edir.Yerimək uşaqlar üçün vacib bir hadisədir. Müstəqilliyin ilk və əhəmiyyətli pilləsidir. Uşaqlar iməkləyərək bir çox yerə özü çata bilir, əldə edə bilmədiklərinə isə əllərini uzadaraq nail olur. Lakin yeridikdən sonra artıq hərəkət qabiliyyəti artır və istədiyi yerə, hədəfə çata bilir:

"İnkişaf müddətində uşaqların 8-10 aylığında iməkləməsini, 12-14 aylığında yeriməsini gözləyirik. Bəzən uşaqlar iməkləmədən birbaşa yeriməyə başlayırlar. 8-10 aylığında iməkləməyən uşağın 11-12 aylığında ayağa qalxıb yeridiyinin də şahidi oluruq. Bu cür vəziyyət inkişafın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir və narahat olacaq bir hal deyil".Sirr deyil ki, tez yeriyənlər kimi gec yeriyən uşaqlar da var: "Bir uşağın yeriməsi üçün maksimum gözləmə müddəti 15-18 aya qədərdir. Artıq 18 aylıq bir uşaq ayağa qalxmırsa, addımlayaraq, tutaraq və ya əlindən tutan zaman heç yerimirsə, mütləq müayinə edilməlidir".

Ə. Ergünün uşaqların gec yerimə səbəblərini bu cür sıralayıb:

Fiziki inkişaf problemi

Zehni inkişaf problemi

Əzələlərlə bağlı problemlər

Sümük əyriliyi

Vitamin əskikliyi

Körpə vaxtı D vitamini verilməməsi

Ana-ataya həddən artıq bağlılıq

Uşağın həddən çox qucaqda saxlanması

Yerimək istəyən uşağın bir neçə dəfə yıxılması nəticəsində qorxu yaranması

Həkim bildirir ki, əgər uşağın yeriməməsi inkişaf baxımından problem və ya tibbi bir narahatlıqla bağlıdırsa, bu halları aradan qaldırmaq üçün tibbi müayinə şərtdir. Lakin uşaqların yeriməsi ana-ata bağlılığı və uşağın qorxuları ilə əlaqəlidirsə, bu cür vəziyyətlərdə valideynlərin düzgün və sağlam münasibət inkişaf etdirməsi, uşağın rahatlandırılması və qayğılarının azaldılması vacibdir.

Pedaqoq bunun üçün valideynlərə məsləhət verir:

Həddən çox qoruyucu rəftarlarından vaz keçməlidirlər

Uşaq hər dəfə ayağa qalxıb yeriyəndə ana-atalar qayğı ilə uşağın yanına getməməlidirlər

Əlindən tutaraq uşağa dəstək olmalıdırlar

Yeridiyi zamanlarda uşağa dəstək olmalıdırlar

Uşağın yanında "yerimir, nə vaxt yeriyəcək?" kimi söhbətlər etməməlidirlər

Uşağa "qorxma, yerimə" kimi təlimatlar yerinə "sənə güvənirəm" kimi motivasiyaedici sözlər deməlidirlər

Uşaqlar büdrədikdə və ya yıxıldıqda "ağrıtdı? Çox ağrıtdı" sualları verməməli, əskinə, "əlini ver qalxaq" kimi yanaşılmalıdır

Uşaq yerimək kimi, yıxılmağın da təbii olduğunu bilməlidir

Uşaq yeriyən zaman stol, stul, çarpayı və ya başqa əşyaya dəyərsə, "ora pisdir, uşağımı incitdi" deyərək reaksiya verilməməlidir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti