Xəzər Xəbər

Bu gün əsl yaz havası olacaq - 21 dərəcə isti olacaq

Cəmiyyət | 10:05 • 7 Aprel 2018
Bu gün əsl yaz havası olacaq -
Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-21, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteroloji proqnoza görə, aprelin 9-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
451 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti