Evlilikdən sonra niyə kökəlirik?
Evlilik hər bir insanın həyatında mühüm hadisədir. Və ailə kiçik bir
dövlətdir deyə düşünürəm. Və bu dövlətin sakinlərini toydan sonra bir az
kilo almış gördükdə "maşallah, həyat yoldaşın sənə yaxşı baxır" ifadəsi
hər kəsə məlumdur.
XəzərXəbər xəbər verir ki, doğurdan da araşdırmalar
göstərir ki, ailə qurduqdan sonra bir çox insan kilo almağa başlayır.
Orta hesabla çəkidə 3-5 kq arası artım olur. Səbəbləri tam olaraq
bilinməsə də, məlum məsələdir ki, bir çox insanlarda ailə qurduqdan
sonra "artıq bəyənən bəyənib" fikri ilə qidalanmalarına diqqət
yetirmirlər.Toydan öncə gəlinlər istədikləri paltarı geyinmək üçün
müxtəlif üsullarla arıqlayırlar, bir tərəfdən də toy təlaşı və
atıldıqları yeni həyatın həyacanı öz sözünü deyir.
Evlilikdən sonra isə
yeni cütlüyün dəvət aldığı məclislər, qonaqlıqlar daha sonra öz
nəticəsini tərəzidə göstərir.Və təbii ki, təzə gəlin özünü bacarıqlı
göstərmək üçün yeməklərin daha ləzzətli olması üçün aşırı yağdan
istifadə edir.
Cütlüklər hər şeyi yarı böləcəyik sözünü təəssüf ki, yemək
yeyərkən də tutmağa çalışırlar. Və təbii ki, bəylərin enerji ehtiyacı
qadınlardan daha çoxdur. İkinci bir məsələ isə işdən yorğun gəldikləri
üçün hazır qidalara üstünlük vermələridir ki, bu da kilo problemini
dərinləşdirir. Amma yeməklərin porsiyası eyni olarsa, o zaman xanım kilo
almağa başlayar təbii ki.
Bəs nə etmək lazımdır?
Məncə, yeni ailələrdə
cütlüklər kilo problemini həll etməkdə bir-birinə dəstək olmalıdırlar.
Və öz həyat tərzlərində qalıcı dəyişikliklər etməlidirlər. Məsələn, ailə
dostları ilə bərabər yarışlar keçirə bilərlər, həftənin müəyyən
günlərini yürüyüş günü elan edə bilərlər. Marketdə də təbii ki, daha
"ağıllı alış-veriş" etmək önəmlidir .Düşünürəm ki, ailədə düzgün qida
mədəniyyəti formalaşarsa, düzgün qidalanmağı öyrənən hər yeni ailə bunu
gələcək nəsilə ötürər.Hər "kiçik dövlət" sağlam gələcək yetişdirərsə bu,
ölkənin hər sahədə sağlam gələcəyi olar deməkdir.Sağlamlığımızı sağlam
ikən qoruyaq, çünki həyatda heç nə və heç vaxt Sizin sağlamlığınızdan
daha vacib ola bilməz!(big.az)