Aprelin 3-də Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış
yağacağı gözlənilir. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi
əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə
əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 12-17, Bakıda
gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi
760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət
70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimşək
çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, aprelin 3-ü günün ikinci yarısı qərb rayonlarından başlayaraq aprelin 5-dək Azərbaycanın rayonlarında hava
şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv
olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə
arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.