Evdə paltar qurutmayın
XƏBƏRDARLIQ
Elə ki, yağışlı havalar başlayır bir çoxumuz paltarları yuduqdan sonra
içəridə quruduruq. Amma mütəxəssislər bunun sağlığımıza olduqca zərərli
olduğunu söyləyirlər.
Türkiyəli ürək və daxili xəstəliklər üzrə mütəxəssis Olcay Emel mövzu ilə bağlı açıqlama verib.
XəzərXəbər ailem.az-a istinadən həkimin fikirlərini
təqdim edir: "Hər kəs tərəfindən istifadə olunan yuyucu vasitələr suda
həll olaraq çirkli paltarlarımızı təmizləyir. Təbii ki, bu kimyəvi
qalıqlar durulanmaya baxmayaraq, müəyyən miqdarda paltarlarda qalır.
Quruma prosesi zamanı su ilə birlikdə buxarlanaraq, olduğu atmosferə
yayılır. Buna görə paltarlarımızı qapalı şərait yox, açıq havada
qurutmaq ən doğru seçimdir".
O.Emel deyib ki, xüsusilə şəhər yerlərində açıq havada paltar qurutmaq
mümkün olmur. Buna görə də paltar qurudulan otaqlar yaxşı
havalandırılmalıdır. Amma bu otaqda qətiyyən uşaqlar və yaşlılar
olmamalıdır. İkinci bir yol kimi qurutma maşınlarından istifadə etmək
olar.
Həkim bildirib ki, allergiyası olanlar yuyucu vasitə əvəzinə, sabundan
istifadə edə bilər: "Quru təmizləmədə də perklor etilen hipoklorit
istifadə edilir. Buxarı ilə nəfəs aldıqda qaraciyər, sinir sisteminə
zərər verə bilər və xərçəng yarada bilər. Buna görə quru təmizləmədən
gələn əşyaların havaya verilmədən istifadəsi məsləhət deyil".