Xəzər Xəbər

Nə üçün qrip əleyhinə vaksinləmə səmərəsizdir?

Cəmiyyət | 14:35 • 31 Mart 2018
Nə üçün qrip əleyhinə vaksinləmə səmərəsizdir?

Statistika göstərir ki, vaksinləmədən keçməsinə baxmayaraq, bir çox insanlar yenə də qripə yoluxurlar. Rusiya Elmlər Akademiyasının əməkdaşları nə üçün qrip əleyhinə vaksinləmənin virusa qarşı səmərəsiz olduğuna aydınlıq gətiriblər. Tədqiqatlar göstərib ki, vaksinləmə immun xarakterli T hüceyrələrinin reseptorlarının əmələ gəlməsinə əslində heç bir təsir göstərmir, çünki bədən virusları tanıya bilmir.


AZƏRTAC "Maddaily” saytına istinadla xəbər verir ki, alimlər bir pasiyent üzərində tədqiqatın məlumatına istinad ediblər. Həmin pasiyent müntəzəm olaraq qripə qarşı peyvənd edib. Vaksinin tərkibi hər dəfə Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq olaraq dəyişib. Qan təhlili göstərib ki, gözlənildiyinin əksinə olaraq, T hüceyrələrinin tərkibində dəyişiklik olmayıb, yəni immunitet virus zülallarına reaksiya göstərməyib.

Xəbər lenti