Xəzər Xəbər

Torpaq alanlara hökumətdən XOŞ XƏBƏR

Cəmiyyət | 15:08 • 30 Mart 2018
Torpaq alanlara hökumətdən

Dövlət torpaq kadastrı məlumatları notariuslara bir gün ərzində təqdim ediləcək

 Azərbaycanda informasiya sistemləri vasitəsilə göndərilmiş elektron sorğu əsasında dövlət torpaq kadastrı məlumatları 1 gün ərzində təqdim ediləcək.

Nazirlər Kabineti bununla bağlı "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”yə müvafiq dəyişikliklər edib.

Qeyd edək ki, dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxildir. Fond Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır.

Xəbər lenti