Xəzər Xəbər

Azərbaycanda 13 mindən çox qadın şəkər xəstəsidir

Cəmiyyət | 10:45 • 30 Mart 2018
Azərbaycanda 13 mindən çox qadın şəkər xəstəsidir
"2016-ci illə müqayisədə ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb”

Bunu açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova bildirib.


Onun sözlərinə görə, 2018-ci ilin yanvar ayının 1-ə olan məlumata əsasən, ölkə üzrə 243226 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır: "Bunlardan 13296 nəfəri qadındır. Ümumilikdə qeydiyyatda olan şəkərli diabet xəstələrindən 30010 nəfəri Tibb 1 üzrə, 213216 nəfəri isə Tibb 2 üzrə qeydiyyatdadır. Ölkə üzrə şəkərli diabet xəstələrindən 1572 nəfəri 18 yaşa qədər uşaqlardır, bunlardan 721 nəfəri xanımdır”.

S.Xəlilova bildirib ki, 2017-ci ildə ilk dəfə qeydiyyata alınan şəkərli diabet xəstələrin sayı 24881 nəfər olub: "Bunlardan 13682-i qadındır. İlkin qeydiyyata alınan xəstələrdən 142 nəfəri 0-13 yaş qrupunda, 68 nəfəri 14-17 yaş qrupunda olan uşaqlardır. Ümumilikdə 2017-ci ildə 18 yaşa qədər 210 nəfər şəkərli diabet üzrə ilkin qeydiyyata alınıb”./azvision.az

Xəbər lenti