Dövlət İmtahan Mərkəzi
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq
istəyən abituriyentlər üçün aprelin 1-də Respublikanın 18 şəhər və
rayonunda sınaq imtahanları keçirəcək.
DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23579 abituriyent qeydiyyatdan keçib.
Sınaq
imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da
başlanacaq. İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1408
nəzarətçi-müəllim ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırılır
ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət
vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata
keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət
vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə
qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.