Dünyada hər il 10 milyon insan vərəmə yoluxur və bir milyondan çox insan isə bu xəstəlik səbəbindən dünyasını dəyişir.
4 min il yaşı olan bu xəstəlik hələ də, insanlar üçün ölüm səbəblərindən biri olaraq qalmaqdadır.
Artıq dünyada vərəmə yoluxanların sayında ciddi azalma müşahidə edilir. Bunun səbəbi yenilənən müalicə üsulları və xəstəliyə yoluxmamaq üçün insanların maarifləndirilməsidir.
Müalicə edildiyində yüz faiz sağalma müşahidə edilən xəstəlik
yanlış müalicə ilə ölümə səbəb ola bilir. Azərbaycanda qeydiyyatda
olan vərəm xəstələrinin sayı 8500-9000 arasında dəyişir. Ölkədə ən
çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır. Bu
xəstələrin arasında kişilər üstünlük təşkil edir.
Hər il 24 mart Ümumdünya Vərəm Günü ilə mübarizə günü kimi qeyd
edilir. Bu günün qeyd edilməsində məqsəd xəstəliklə bağlı insanları
daha çox məlumatlandırmaq və bilinməyən məlumatları
çatdırmaqdır./publika.az