Xəzər Xəbər

DİQQƏT: Bu dərmanlar sonsuzluq yaradır

Cəmiyyət | 14:02 • 24 Mart 2018
DİQQƏT:

Xüsusilə mədə göynəməsi əleyhinə uzun müddət istifadə edilən dərmanlar kişilərdə sperma sayını aşağı salaraq sonsuzluğa səbəb olur.

XəzərXəbər milli.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar mədə göynəməsinə qarşı qəbul edilən dərmanların gənc kişilərdə sonsuzluq riskini üçqat artırdığını müəyyənləşdirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dərmanları çox istifadə edən gənc kişilər uşaq sahibi olmaya bilər.

Lansoprazol (zoprol caps), Omeprazol ( Losec, Prisolec tb) tərkibli dərmanlar mədədə artan turşuluq miqdarını azaldaraq, mədə göynəməsi, qıcqırması kimi əlamətləri yox edir.

Araşdırmalara görə, milyonlarla insana tövsiyə edilən bu dərmanlar gənc kişilərin bir qismində sonsuzluğa səbəb olur. 20-30 yaşlardan etibarən 6 ay və daha uzun müddətə bu dərmanları qəbul edən kişilərdə sperma azlığı ehtimalı üçqat daha çox olur.

Bu dərmanların istifadə müddəti maksimum 4 həftədir

Bəzən insanlar illərlə bu dərmandan istifadə edirlər. Altı aydan daha az müddətdə bu dərmandan istifadə edən kişilərdə sperma sayı mənfi təsir görmür, amma altı aydan çox qəbul edilərsə, sperma keyfiyyəti aşağı düşür. Buna səbəb bu dərmanların bağırsaqlardakı ortamı dəyişdirərək sağlam sperma yaranmasında əhəmiyyəti olan Vitamin B-nin çatışmazlığına yol açmasıdır. Odur ki, çox ehtiyac duyulmayan hallarda bu dərmanlardan istifadə edilməməlidir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti