Martın 25-də havanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazilindən XəzərXəbər-ə verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə zəif duman, çiskinli
olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında
mülayimləşəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 9-11, Bakıda
gecə 6-8, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 750
mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 %
olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu
düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər
duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 7-11
dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir
yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə
intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən
kəsiləcək. Qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy
rayonlarında gecə və axşam arabir yağış yağacağı gözlənilir. Bəzi
yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı
yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz olacaq. Səhər
ayrı-ayrı yerlərdə duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə
arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə
isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv
olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək
isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz
3-8 dərəcə isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava
əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı
gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman
olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil
edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. İntensiv olacağı
ehtimalı var. Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq.
Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 5-7, gündüz 8-13, dağlarda gecə 1-6, gündüz 7-11 dərəcə
isti təşkil edəcək.