Xəzər Xəbər

Allergik rinitin yaranma səbəbi nədir?

Cəmiyyət | 14:02 • 21 Mart 2018
Allergik rinitin yaranma səbəbi nədir?

Allergik rinit infeksiya ilə əlaqəli olmayan burunun nazal membranının iltihabıdır.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının saytı xəbər verir ki, bu problemə allergiyaya meylli insanlarda xüsusilə daha çox rast gəlinir. Bu, əksər hallarda ömür boyu davam edən,yaşlanma ilə birlikdə şiddəti zəifləyən xəstəlikdir. Xəstəlik yaz aylarında, ağacların tozlandığı dövrdə daha da şiddətlənir.

Allergik rinit genetik olaraq ötürülən xəstəliklər arasında ön sıradadır. Inkişaf etmiş ölkələrdə əhalinin təxminən 10-20 faizində bu problem mövcuddur. Son 15 ildə bu xəstəliyə daha çox rast gəlinir. Təxminən 10 yaş allergik rinitin başlanğıcına ən çox rast gəlinən dövrdür. Xəstəlik 80 faiz hallarda 20 yaşından əvvəl başlayır, ortaya çıxdıqdan sonra isə uzun illər davam edir.

Allergik rinit həyati təhlükəli xəstəlik deyil, lakin insanların həyat səviyyəsinə əhəmiyyətli şəkildə təsir edən problemdir. Bu səbəbdən də allergik rinitin diaqnozu və müalicəsi çox vacibdir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti