Xəzər Xəbər

İnternet klublarda uşaqlar üçün xüsusi yerlər ayrılacaq Yenilik

Cəmiyyət | 13:20 • 20 Mart 2018
İnternet klublarda uşaqlar üçün xüsusi yerlər ayrılacaq

Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi guşə yaradılacaq.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan "Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsində qeyd edilib.

Layihədə bildirilir ki, hər bir internet klubda 2 kompyuter olmaq şərtilə, süzgəcdən keçirilmilş kompyuterlər olmalıdır. İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompyuterlərdə əyləşdiriləcək. Müvafiq qurumu isə buna nəzrət edəcək və mütəmadi monitorinqlər həyata keçirəcək. Monitorinq zamanı intetnet klubda uşağın digər kompyuterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.

Yeni qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirə ediləcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
424 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti