Xəzər Xəbər

Sarıkökün İNANILAMAZ FAYDALARI İlk dəfə oxuyacaqsınız

Cəmiyyət | 16:32 • 19 Mart 2018
Sarıkökün İNANILAMAZ FAYDALARI

Amerikalı tədqiqatçıların apardıqları təcrübələr nəticəsində məlum olub ki, sarıkök pis xatirələri silir.

Amerikanın Nyu-York Universitetinin alimləri sarıköklə bağlı təcrübə aparıb. Əvvəlcə siçanlara bəzi səslər verilərək onların qorxudublar. Siçanların qorxudan donub qaldığı müşahidə olunub. Bir neçə saat sonra onlara yemək verilib, ikinci dəfə səslə qorxudulub və siçanların yenidən donub qaldıqları görülüb.

Sarıköklü yeməklər verilən siçanların isə eyni səsə təkrar məruz qaldıqda qorxmadıqları üzə çıxıb. Alimlər iddia edir ki, bu təcrübə sarıkökün pis xatirələri sildiyini göstərir.

Tədquqatçılar hesab edir ki, sarıkök travma nəticəsində yaranan stress pozğunluqları kimi psixoloji xəstəliklərin müalicəində istifadə edilən yeni və effektiv üsul ola bilər.

Diabet diaqnozu qoyulan 60 yaşdan yuxarı qadın və kişilərin iştirak etdiyi başqa araşdırmada isə sarıkökün yaddaşa təsiri araşdırılıb. İştirakçılar nahardan öncə və səhər yeməyindən sonra yaddaş testindən keçirilib. Səhər yeməyində sarıkök yeyən iştirakçıların yaddaş testində daha uğurlu olduğu məlum olub.

Aparılan tədqiqatlar sarıkökün xərçəngə qarşı faydalı məhsul olduğunu göstərib. Bu ədviyyatın kimyəvi maddələri təsirsiz etdiyi və xərçəng hüceyrələrinun inkişafına mane olduğu bildirilir.

Sarıkök xüsusilə Hindistanda çox istifadə edilən ədviyyatdır. Onlar sarıkökün yaşından da yeməklərinə istifadə edirlər. Hindistanda insanlar gündə orta hesabla 1 çay qaşığı sarıkök yeyir. Aparılan araşdırmalara görə, Hindistanda döş, böyrək və ağciyər xərçəngi səviyyəsi digər ölkələrə nisbətən daha aşağıdır. Yaşlı hindlilərdə isə Alzheimer xəstəliyi demək olar ki, yoxdur.

Sarıkökü zeytun yağı ilə bərabər yemək olduqca faydalıdır. Bundan başqa, qırmızı istiot və istiot da sarıkökün həzmini asanlaşdırır.

Sarıkökün digər faydaları nələrdir?

Yemək borusu xərçəngi;

Ağciyər və prostat xərçəngi;

Kolon xərçəngi;

Qaraciyər xərçəngi;

Bağırsaqlarda polip əmələ gəlməsi;

Məmə xərçəngi kimi xəstəliklərin qarşısını alır.

publika.az

Xəbər lenti