Xəzər Xəbər

Sabahdan Novruz tətili başlayır

Cəmiyyət | 11:19 • 19 Mart 2018
Sabahdan Novruz tətili başlayır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başlayır.


Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq.

Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

Xəbər lenti