Xəzər Xəbər

Uşaqlara niyə jest dili öyrədilməlidir?

Cəmiyyət | 12:35 • 18 Mart 2018
Uşaqlara niyə jest dili öyrədilməlidir?

İşarə dili təkcə eşitmə duyğusunda problemi olan insanlarda yox, sağlam olan körpə və uşaqlar baxımından da olduqca mühümdür.

XəzərXəbər deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalar göstərir ki, körpə işarə dilinin beyin və dil bacarığının inkişafı məsələsində olduqca təsirlidir. Bəs faydaları nələrdir?

Körpə, uşaq və böyüklərə görə qruplara bölünən işarə dili təhsili, xüsusilə də danışmağa başlamayan uşaqlara çox faydalıdır.

Başa salmaq istədiyi şeyləri işarələrlə ifadə edə bilən körpələr anaları ilə olan ünsiyyətlərini həddən artıq gücləndirə bilirlər.

Uşaq işarə dilinin faydaları aşağıdakılardır:

1- Həmyaşıdlarına nisbətən daha erkən dövrdə danışmağa başlayırlar.

2- İki yaşından əvvəl uzun cümlələr qura bilirlər.

3- Zəka inkişafına töhfə verir.

4- Duyğularını işarələrlə göstərə bilir və ondan gözlənilən şeylər müqabilində hərəkətlərini idarə edə bilir.

5- Söz xəzinəsi fərq olunan dərəcədə artır.

Xəbər lenti