Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq respublikanın
dörd bir tərəfində bu il reallaşdırılması nəzərdə tutulan 63 kənd və
qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri
çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
böyük miqyasda tikinti və bərpa işləri aparılır.
Agentlikdən XəzərXəbər-ə verilən məlumata görə, Siyəzən
rayonunda bu çərçivədə ümumi uzunluqları56.6 km olan və 37.3 min
əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolunun
yenidən qurulması nəzərdə tutulub. Bu yollardan biri
Gilgilçay-Yenikənd-Tuğay-Böyük Həmyə avtomobil yoludur. Uzunluğu 17.1 km
olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.
Yolun torpaq və
çınqıl örtüklü olması səbəbindən gediş-gəlişlə bağlı daim problemlər
yaşandığındanyolun əsaslı şəkildə bərpasına ehtiyac var idi. Bu üzdən
yolun yenidən tikintisi 4 yaşayış məntəqəsinin 8 minə yaxın əhalisinin
ürəyincə olub.
Hazırda layihəyə uyğun 10 metr enində yeni yol
yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl
material daşınaraq yola yayılır və kipləşdirmə işləri aparılır. Torpaq
işlərinin həcmi 117 min kub m-dir. Tikinti işləri çərçivəsində yolun
altından suların ötürülməsini təmin edən mövcud suötürücü dəmir-beton
boruların bərpası və təmiri də nəzərdə tutulub.
Dövlət
Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla
həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət
yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton
örtüyünün 100 min kv.m-dən artıq sahəyə salınması işləri aparılacaq.
Avtonəqliyyat
vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, layihədə yol
boyu 119 ədədyol nişanı və 684 ədəd siqnal dirəkləri quraşdırılacaq, 51
km üfüqi nişanlanma xətləri çəkiləcək.
Sözügedən yolun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşlarımızın rahat gediş-gəlişi təmin olunsun, həmçinin Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə
respublikamızın istənilən istiqamətinə hərəkət etmək mümkün olsun.
Avtomobil
Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında
mövcud olan tikinti norma və qaydalarına uyğun yeksək keyfiyyətlə
aparılan yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun
yekunlaşdırılması üçün tikinti ərazilərinə lazımi sayda canlı qüvvə və
texnika cəlb olunub.