Xəzər Xəbər

Ət kəsimi ilə bağlı qaydalar sərtləşdirilir

Cəmiyyət | 13:50 • 17 Mart 2018
Ət kəsimi ilə bağlı qaydalar sərtləşdirilir

"Bakı və paytaxtın ətrafında bölgələr üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq”.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən "Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə ərazisində qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir və yaxın gələcəkdə layihə aidiyyatı qurumlara göndəriləcək.

Xəbər lenti