Xəzər Xəbər

Rusiya "Lassa qızdırması" barədə xəbərdarlıq etdi

Cəmiyyət | 17:33 • 11 Mart 2018
Rusiya "Lassa qızdırması" barədə

Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) Qanaya səfər etməyi planlaşdıran rusiyalılara xəbərdarlıq edib.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, xəbərdarlıqda qeyd edilib ki, Qana Səhiyyə Nazirliyi müalicə məqsədi ilə Noquçi Tibbi Tədqiqatlar İnstitutuna yerləşdirilmiş xəstənin fevralın 1-də "Lassa qızdırması"ndan vəfat etdiyini təsdiqləyib.

Diaqnoz laboratoriyada təsdiqini tapıb. Noquçi Tibbi Tədqiqatlar İnstitutunun xəstə ilə ünsiyyətdə olmuş bütün əməkdaşları müşahidə altındadır. Rusiyanın İstehlakçıların hüquqlarının və insan sağlamlığının qorunmasına nəzarət üzrə Federal Xidməti Qanaya səfər planlaşdıran bütün rusiyalıları bu informasiyanı nəzərə almağa çağırıb.

Qeyd edək ki, "Lassa qızdırması" Lassa virusu tərəfindən törədilir, əsasən simptomsuz və ya mülayim qızdırmalı simptomlarla keçən hemorragik qızdırmadır. Siçanlardan insana keçən "Lassa qızdırması" insanlar arasında təmas yolu ilə yayılır və qanaxmalarla müşayiət olunan yüksək hərarətə səbəb olur. "Lassa qızdırması" əsasən Qərbi Afrika ölkələrində (Liberiya, Mali, Nigeriya, Benin) yayılıb. Bu xəstəlikdən ümumilikdə ölüm göstəricisi səviyyəsi 1%-dir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti