Xəzər Xəbər

Arıqlamaq istəyirsinizsə, darçınlı su için – RESEPT

Cəmiyyət | 11:49 • 11 Mart 2018
Arıqlamaq istəyirsinizsə, darçınlı su için
Gündəlik ən az 2 litr su içmək sağlamlıq baxımından çox əhəmiyyətlidir. Suyun arıqladıcı təsiri olan darçınla qarışdırılaraq içilməsi isə çəki atmaq istəyənlər üçün mükəmməl bir seçimdir.

XəzərXəbər big.az-a istinadən bildirir ki, arıqlamaq üçün darçınlı su içilməsi tövsiyə edilsə də, unudulmamalıdır ki, darçın tək başına arıqlamağa kömək edə bilməz. Saglamheyat.com darçınlı suyun faydalarını təqdim edir.

Darçının arıqlamağa təsiri

Tərkibində bol miqdarda antioksidant olan darçının tək başına arıqlatma xüsusiyyəti yoxdur. Lakin insulin hormonunu tarazlaşdıraraq pəhrizinizi dəstəkləyir. Qan şəkərinin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir.

Yağ yandırıcı xüsusiyyəti sayəsində orqanizmin enerji qaynağı olan yağ yığılmalarını daha yaxşı istifadə etməsini dəstəkləyir.

Toxluq hissi verir, insanı daha gec acdırır.

Darçınlı su hazırlamaq üçün lazım olanlar:

- 3-4 ədəd çubuq darçın

- İstəyə uyğun bir az mixək, zəncəfil, dəfnə yarpağı, sarıkök, dilimlənmiş alma

- 5 stəkan su

Hazırlanması:

Darçınla suyu təxminən 10 dəqiqəyə qədər qaynadın. Odu söndürənə yaxın istəyə görə mixək, zəncəfil, sarıkök və ya dəfnə yarpağı əlavə edə bilərsiniz.

Soyuduqdan sonra (soyuducuya qoymayın) gün ərzində istifadə edin. Dad verməsi məqsədi ilə damaq zövqünüzə görə içməzdən əvvəl limon da qata bilərsiniz.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
510 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti