Xəzər Xəbər

DİQQƏT! Yağmayan qar FƏSADLAR GƏTİRƏCƏK?

Cəmiyyət | 17:47 • 9 Mart 2018
DİQQƏT!

Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, Bakıya hələ də qar yağmayıb.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, qarın yağmaması çox ciddi fəsadlar törədir:

"Azərbaycan ərazisi bildiyiniz kimi mülayim və subtropik iqlim qurşaqlarının toqquşma nöqtəsindədir. Bu iqlim qurşaqlarında kəskin fəsil dəyişkənliyi var. Hər il ən geci fevral ayında qar yağması, havaların kəskin soyuması müşahidə olunsa da, təssüflər olsun, bu il analoji hadisə qeydə alınmadı. Lakin qışın bitməyinə hələ ki, 2 həftə var. Azərbaycan ərazisində belə faktlar çox olub. Bunlara aid nümunələr də var.

Hava şəraitinin yaradacağı fəsadlara gəlincə, bu, özünü kənd təsərrüfatında göstərə bilər. Bu səbəblə, ziyanvericilərin həddindən çox artması müşahidə oluna bilər. Baxmayaraq ki, onlara müəyyən kimyəvi müdafiə tədbirləri aparılır, ancaq nəticələr o qədər də ürəkaçan olmur. Həddindən çox ərazini korlayırlar. Bu baxımdan, onlarla bağlı problemlər olacaq. Buraya dərmanların keyfiyyəti, bəzən ziyanvericilərin onlara öyrəşməsini də aid etmək olar. Belə halda ən yaxşı yol təbiətin uzun illər ərzində gördüyü "tədbirlər”dir. Çünki onlar münasib iqlim şəraitində çox sürətlə artırlar.

İkinci ən böyük problem isə qarşıdadır. Belə ki, ağaclar indi-indi tumurcuqlanmağa başlayırlar. Ola bilsin ki, mart ayında kəskin soyuqlar müşahidə olunsun, hətta qar yağsın. Həmin uzunmüddətli qar örtüyü ağaclara ziyan vura bilər. Bu da məhsuldarlığı azaldacaq. Bundan sonrakı kəskin soyuqlar fəsadlar törədə bilər. Bakıda mart bayramında qar yağan illər olub. Bu hadisələr də bilirsiniz ki, çox ciddi fəsadlar törədir. Xüsusən də meyvə-təvəz məhsullarına.

Tədqiqatçıların 1 ay, 6 ay öncə proqnoz verməyi elmi cəhətdən qətiyyən təsdiqlənməyib. Gördüyünüz ki, onların bu il qışın sərt olacağı ilə bağlı dediyi proqnozlar özünü doğrultmadı. Bu hadisələr maksimum bir həftə ərzində müəyyənləşir. 1 həftənin məlumatı 50% doğru ola bilər. 3 günün məlumatı daha doğru olur. Bilirsiniz ki, bunlar atmosfer hadisələridir. Atmosferdə bulud axını sərbəst istiqamətdə hərəkət edə bilir. Azərbaycan iki iqlim qurşağında yerləşdiyindən, şimaldan, cənubdan, şərqdən, qərbdən hava axınları ciddi təsir edir. Ona görə, iqlimlə bağlı öncə verilən məlumatlar özünü doğrultmur. Bu il Azrbaycan ərazisində iqlimin belə keçməsi qeyri-normaldır. Amma tarixdə belə hadisələr də olub. Mülayim və soyuq iqlim qurşaqlarının sərhəddində fəsadlar yarandı. Bu anomaliyalar şimal yarimkürəsində özünü kəskin göstərdi. Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada və Avropada həddindən artıq soyuq havalarla üzləşdi. Bizdə isə əksinə, ölkə ərazisində soyuq hiss olunmadı”.

Həkim endokrinoloq Həbibə Mirzəyeva Metbuat.az-a açıqlamasında bildirib ki, dekabr, yanvar, xüsusilə də fevral ayında qar yağmırsa, viruslar daha uzun müddət insan bədənində qalır:

"Yaşlı adamlar, uşaqlar infeksiyaya tez yoluxur. Bu, onu göstərir ki, infeksion xəstəliklərin qarşısının alınmasında qar yağmağının böyük əhəmiyyəti var. Qar yağan zaman əkin sahələrində, ağacların kötüyünü yeyən qurdlar məhv olurlar. Ona görə, qış fəslində qar yağan zaman əkinçilər sevinirlər ki, məhsul bol olacaq. Havanın qarlı olmaması, sonradan ağır virusların yayılmasına səbəb ola bilir.

İnsanlara məsləhətim budur ki, hava ilə bağlı immun sistemini qorumaq lazımdır. Havalar istidən soyuğa, soyuqdan istiyə qəfil keçə bilər. Ona görə, alt paltarlar mütləq pambıq, üst paltarlar isə yun olmalıdır. Alt paltarlar sintetik olduğu zaman tər bədəndən çıxa bilmir və insan dolayı yolla xəstəliyə yoluxur. Sağlam qidalanma və geyim bu viruslara yoluxmadan insanı qoruyur.

Qidalanmaya gəlincə, hazır yeməklər immuniteti aşağı salır. Həmin qidaların tərkibində vitamin olmadığı və həzmə getmədiyi üçün orqanizmimizə zərər vururlar. Amma meyvə, tərvəzin tərkibində vitamin çox olduğundan, gündəlik qidalanmada ona önəm vermək lazımdır. Limon suyunda yeməklərdə istifadə etmək də virusların qarşısının alınmasında kömək edə bilər”.

Xəbər lenti

Çox oxunanlar