Xəzər Xəbər

Qadınların nəzərinə: Sizi ömür boyu sevəcək kişinin 9 əlaməti

Cəmiyyət | 17:19 • 9 Mart 2018
Qadınların nəzərinə:

Hər qadın onu ömür boyu böyük məhəbbətlə sevəcək, onu xoşbəxt edəcək bir insanla ömür yoldaşı olmaq istəyir. Bəs onu öncədən necə tanımaq olar? Psixoloqlar bu məsələdə kiçik ipucları verirlər. Onun hərəkətlərini izləməklə doğru adam olub-olmamasını öyrənə bilərsiniz. Aşiq olan və sizinlə ömrünü birlikdə keçirmək istəyən kişinin əlamətləri:

  1. O sizi öz gözündə ucaldır. Belə kişi sizi özünüzə şahzadə kimi təqdim edəcək.
  2. O sizi öz ətrafına təqdim edir, dostlarından, qohumlarından gizlətmir.
  3. O gələcək barəsində danışmaqdan qorxmur. Bu xəyalların içərisində mütləq sizinlə atılacaq addımlar yer alır.
  4. Başqa xanımlarla gəzib dolanmır, çünki siz ona yetərlisiniz, başqalarına maraq göstərmir.
  5. O başqaları ilə danışmadığı mövzuları, sirləri sizə danışır. Məsləhətləşir.
  6. Onu yalnız cinsi yaxınlıq deyil, sizinlə birlikdə həyatın bütn dadını çıxartmaq maraqlandırır, sizinlə birlikdə böyümək, yaşlanmaq istəyir.
  7. Vacib qərar alanda ilk növbədə sizinlə məsləhətləşir və bu barədə sizə deyir.
  8. Hər zaman sizinlə olmağı arzulayır.
  9. İşinizə yaramağa çalışır. Sizin ən çətin məqamınızda onun dəstəyini hiss edə bilirsiniz.

Gözəl xanımlar, əgər qarşınızdakı insan sizə bunları hiss etdirirsə, o layiqli ömür yoldaşı olacaqdır, çalışın onu itirməyin. (Bizim Yol)

Xəbər lenti