Xəzər Xəbər

Yeni hazırlanan qrammatika kitabları ilə əvvəlkilər arasında fərqlər olacaq

Cəmiyyət | 16:21 • 9 Mart 2018
Yeni hazırlanan qrammatika kitabları ilə əvvəlkilər arasında fərqlər olacaq

"Müasir Azərbaycan dilinin qrammatikası çoxcildliyi 40 ildən sonra yenidən hazırlanır”.

Bunu "Report”a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu deyib.

O bildirib ki, hazırda "Müasir Azərbaycan dilinin qrammatikası” çoxcildliyi üzərində iş gedir: "Qrammatika 4 cilddən ibarət olacaq, artıq bütün cildlərin planı hazırlanıb. Birinci cild Fonetika, ikinci Leksika, üçüncü Morfologiya, dördüncü Sintaksis adlanacaq. Birinci cild artıq hazırlanır. Durğu işarələri ilə bağlı da kitab hazırlanır ki, o da birinci cildin tərkib hissəsidir”.

Əvvəlki qrammatika kitabları ilə yeni hazırlanan kitablar arasında müəyyən fərqlər olacağını vurğulayan alim, qeyd edib ki, dilçilik elmi ilə bağlı yeni təlimlər, yeni baxışlar var: "Bütün yeniliklər kitablara əlavə olunacaq. Məsələn, dilimizə yeni daxil olan və köhnəlmiş sözlər var ki, onlar Leksika kitabında öz əksini tapacaq. Ən az dəyişiklik Fonetikada olacaq. Fonetikada qismən dəyişiklik olacaq ki, o da durğu işarələri ilə bağlıdır”.

M.Nağısoylu xatırladıb ki, sonuncu Qrammatika kitabları 70-ci illərin axırı, 80-ci illərin əvvəli nəşr olunub.

Onun sözlərinə görə, qrammatika kitablarını əsasən Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsi hazırlayır: "Amma biz Respublikanın digər dilçi alimlərini də bu işə cəlb etmək istəyirik, təkcə institutun qüvvəsi ilə çoxcildiyin hazırlanması çətin olar”.

Akademik qeyd edib ki, 2018-ci ildə Fonetika kitabının tam təhvil verilməsi planlaşdırılır: "Bu kitablar akademik nəşr olacaq. Qrammatika ilə bağlı istinadlar da bu kitaba əsaslanacaq”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti