Xəzər Xəbər

Ötən il Azərbaycanda 638 insan böyrək çatışmazlığından ölüb

Cəmiyyət | 16:20 • 9 Mart 2018
Ötən il Azərbaycanda 638 insan böyrək çatışmazlığından ölüb

"Hazırda Azərbaycanda 3406 xəstə böyrək çatışmazlığı diaqnozu ilə qeydiyyatdadır".


Bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Onun sözlərinə görə, xəstələrdən 1922 nəfəri kişi, 1484 nəfəri isə qadındır: "Xəstələrin 2022 nəfəri regionların, 1384 nəfəri isə Bakının payına düşür. xəstələrdən ən balacasının 6 yaşı, ən böyüyün isə 84 yaşı var".

Şöbə müdiri əlavə edib ki, ölkədə ötən il 1226 yeni xəstə aşkar olunaraq hemodializ müalicəsi alır: "Onlardan 527-si Bakının, 799-u isə regiondan olan xəstələrdir. Keçən il ölkədə böyrək çatışmazlığı ilə bağlı 638 ölüm faktı qeydə alınıb. Bunun da 392-si region, 246-sı isə Bakının payına düşüb. 2016-cı ildə ölüm göstəricisi 20,2 % təşkil edirdisə, bu rəqəm keçən il üçün 18,6 %-ə düşüb".

F.Babayev qeyd edib ki, bu günə qədər 758 xəstəyə böyrək köçürülüb: "Keçən il isə 78 xəstəyə bu əməliyyat icra olunub. Böyrək xəstəliyi Azərbaycanda əsasən rütubətli və Qərb rayonlarında daha geniş yayılıb. Əhali kütləsinim həmin ərazilərdə çox olması bu xəstəliyin sayının artmasına səbəb olur. Böyrək xəstəliyinin əmələ gəlməsində nəinki qazanılmış böyrək iltihabı, eləcə də daş, hər hansı immunoloji problemlər, irsi genetik xəstəliklər də böyrək çatışmazlığı ilə fəsadlaşa bilir". (Report)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti