Xəzər Xəbər

Sellofan torbalar istifadə edənlər Bunları mütləq bilin

Cəmiyyət | 17:37 • 8 Mart 2018
Sellofan torbalar istifadə edənlər

Sellofan paketlər (polimer torbalar) dünyanı narahat edən əsas ekoloji problemlərdən biridir.

Çünki bu torbalar istifadə edildikdən sonra bir çox hallarda ətrafa atılır, təbiəti çirkləndirir. Səbəb isə həmin torbaların torpağın altında yüz illərlə qalsa belə çürüməməsidir. Həmçinin, Polietilen tərkibli olan bu torbaların tərkibindəki maddələr insan sağlamlığı üçün zərərlidir. Mütəxəssislərin dediyinə görə, bu torbalarda saxlanılan ərzaq məhsulları qida zəhərlənmələrinə səbəb olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, bir çox ölkələr artıq sellofan torbalardan imtina edib:

"Sellofan torbaları kağız torbalarla əvəz etmək olar. MDB məkanında nazik, şəffaf, üstündə heç bir rəng olmayan sellofanlardan istifadə olunur. İstəyərdim ki, Azərbaycanda da bu torbalardan satılsın. Qidaların hazırda satışda olan sellofan torbalarda satılması arzuolunmazdır. Yaxşı olar ki, insanlar keçmiş bazar torbalarına keçsin”.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd edib ki, bu sahədə narahatlıq var:

"Bizə də bu barədə məlumatlar daxil olur. Bu məhsulları xaricdən gətirən sahibkarlar onun standarta uyğun olduğunu yoxladıqdan sonra sertifikatlaşdırıb, satışa çıxarılmalıdır. Bəzi hallarda buna şahid olmuruq. Nümunəvi sahibkarlar sellofan torbaları ölkəyə gətirərkən qanunvericiliyin tələblərinə əməl edir, lakin sertifikatlaşdırmadan yayınırlar. Sertifikatlaşdırma məhsulun tərkibini, standarta uyğunluğunun təsdiqi üçün vacib əhəmiyyət daşıyan bir alətdir. Bunu sahibkarlarımız nəzərə alsa, yaxşı olar. Satış şəbəkələri də sahibkarlardan sellofan torbaları alarkən bu amili unutmasınlar. Sertifikatı olan malları alıb, qablaşdırmanı həyata keçirsinlər”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti