Dövlət İmtahan Mərkəzi
(DİM) 11 dövlət orqanında inzibati vəzifələrin 4–6-cı təsnifatlarına
uyğun olan 200 vakant rəhbər vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün
müsabiqənin müsahibə mərhələsini elan edib.
Mərkəzdən XəzərXəbər-ə verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək.
Ən yüksək vəzifələr Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının Aparatında şöbə müdiri və şöbə
müdirinin müavini, Səhiyyə Nazirliyinin Aparatında şöbə müdirinin
müavini və mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmərində
bölmə müdirinin müavini ve sektor müdirləri vəzifələridir.
Müsahibədə
iştirak etmək üçün müraciət etmiş namizədin portala daxil etdiyi
məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq
vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən
yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək
üçün qeydə alınır.
Vakansiyalar Prezidenti yanında Ali Attestasiya Komissiyası (3 vəzifə üzrə 3 yer), Səhiyyə Nazirliyi (3 vəzifə üzrə 3 yer), Kənd Təsərrüfatı Nazirliyi (172 vəzifə üzrə 172 yer), Təhsil Nazirliyi (1 vəzifə üzrə 1 yer), Mədəniyyət və Turizm Nazirliyi (10 vəzifə üzrə 10 yer), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 vəzifə üzrə 2 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (1 vəzifə üzrə 1 yer), Gənclər və İdman Nazirliyi (3 vəzifə üzrə 3 yer), Əmlak Məsələləri Dövlət Komitəsi (1 vəzifə üzrə 1 yer),Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (3 vəzifə üzrə 3 yer), Dövlət Statistika Komitəsi (1 vəzifə üzrə 1 yer) üzrədir.