Böyük Qafqazın
Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik
Qafqazın çaylarında 150-270, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan
MR çaylarında isə 110 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, tranzit çaylarda son vəziyyətə gəlincə, Kür
çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə
olunmayıb. Məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 76
faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 187 m3/s olmaqla ongünlük
normanın 77 faizini təşkil edib.
Qanıx çayının Əyriçay
məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə
su sərfi 52 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edib.
2017-ci ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 71
faizinə bərabər olub.
Kür çayının aşağı axınında son vəziyyətə
gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma
müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm azalma müşahidə olunub.
Surra məntəqəsində suyun səviyyəsi 367 sm (2017-ci il martın 05-də 410 sm), Şirvanda 229 sm (2017-ci il martın 05-də 285 sm), Salyanda
185 sm (2017-ci il martın 05-də 256 sm), Bankədə 186 sm (2017-ci il
martın 05-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm
(2017-ci il martın 05-də 136 sm) təşkil edib.